Bu gün futbol üzrə Azərbaycanın Topaz Premyer Liqasında I turun təxirə salınmış Qarabağ FK – Zirə FK oyunu keçirilib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Ağdam təmsilçisi “Azərsun Arena”da baş tutan görüşdə qələbə qazanıb: 3-2.

Meydan sahibləri 28-ci dəqiqədə penaltidən Filip Ozobiç və 48-ci dəqiqədə İnosent Emeqaranın qolları ilə hesabda öndə olsalar da, qonaqlar 56 və 82-ci dəqiqələrdə Mirsahib Abbasovla tarazlığı bərpa ediblər. Ancaq Emeqara 85-ci dəqiqədə komandasına qələbə qazandıran qola imza ata bilib.

Bu qələbə sayəsində xalını 13-ə çatdıran Qarabağ Futbol Klubu birinci pilləyə yüksəlib. Qurban Qurbanovun başçılıq etdiyi kollektivin “Neftçi” ilə eyni xalı olsa da, top fərqində üstün olduğu üçün liderə çevrilib.

TPL 2018/2019, I tur, “Qarabağ” 3-2 “Zirə” Geniş icmal

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın