Dünən Avropa Liqasının qrup mərhələsində Ağdamın Qarabağ Futbol Klubu Çexiyanın Slovan komandasını qəbul edib. İlk dəqiqədə rəqib hesabı açıb, bu qoldan 6 dəqiqə sonra Migel Markos Madeyra hesabı bərabərləşdirib.

64-cü dəqiqədə Slovan hesabı 2:1 etsə də, 90+3-cü dəqiqədə ağdamlıların kapitanı Rəşad Sadıqovla hesabı bərabərləşdirib.

Rəşad Sadıqov Slovanın qapısından 2-ci qolu keçirir
Rəşad Sadıqov Slovanın qapısından 2-ci qolu keçirir

19:00. Qarabağ FK (Azərbaycan)-Slovan (Çexiya): 2-2

Qollar: Sukora, 1 (0:1), Miçel, 7 (1:1), Milan Baroş, 68 (1:2), Rəşad Sadıqov, 90+3 (2:2)
Hakimlər: Stefan Klossner, Raffael Zeder, Jan-Yves Viçt, Yohannes Voqel
Əlavə köməkçi hakimlər: Alain Bieri, Saşa Amhof (hamısı İsveçrə)
Hakim-İnspektor: Vladimir Antonov (Moldova)
UEFA nümayəndəsi: Pavel Kolev (Bolqarıstan)
“Dalğa Arena”

Öncəki xəbərZəlzələnin yaratdığı gözəllik: Göygöl və Maralgöldən Video Reportaj
Sonrakı xəbərApple şirkəti yeni iPhone7 smartfon modelinin satışlarına başlayıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın