“Nüvə müharibəsi riskləri indi çox ciddidir. Bu təhlükəni dəyərləndirməmək olmaz. Ancaq bu təhlükəni süni şəkildə şişirtməyə hazır olanlar da çoxdur”.

YALAN.info bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Birinci Kanal”ın efirində bildirib.

O yada salıb ki, yanvarda “nüvə beşliyi” ölkələri nüvə müharibəsinin yolverilməzliyi ilə bağlı tezisi bir daha təsdiqləyiblər: “Bu, bizim prinsipial mövqeyimizdir. Biz ona əsaslanaraq çıxış edirik”.

“Mən indi, sizin hörmətli politoloqlara istinad edərək dediyiniz kimi, risklərin doğurdan da çox, çox önəmli olduğu bir zamanda, həmin bu risklərin süni şəkildə şişirdilməsini heç istəməzdim. Halbuki, bunu istəyənlərin sayı çoxdur. Buna baxmayaraq, təhlükə ciddidir, realdır və onu dəyərləndirməmək olmaz”, – deyə nazir əlavə edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın