Apple şirkəti iPhone7 smartfonunun tanıtımını keçirdikdən sonra artıq ağıllı telefonların satışına başlayıb. «Apple» korporasiyası San-Fransiskoda keçirilmiş tanıtım çərçivəsində «iPhone7» və «iPhone7 Plus» smartfonlarını təqdim edib. Yeni «iPhone» smartfonları su və toz keçirməzdir. «Home» düyməsindən imtina edilib. «iPhone7» 12 meqapiksellik kamera ilə təchiz edilib və təsvirin optik sabitləşməsi seçiminə malikdir. 7 meqapiksellik ön kamera «HD» formatında şəkillər çəkəcək. «iPhone7 Plus» qurğusu iki kamera – biri telefoto (bu, uzaqda yerləşən predmetlərə fokuslanmağa imkan verən obyektiv), ikincisi isə genişbucaqlı optika ilə təchiz edilib. Bundan başqa, on qat optik yaxınlaşdırma funksiyası var.


Apple iPhone7 and iPhone7 Plus in 107 seconds

İlk dəfə olaraq «iPhone» smartfonları stereodinamiklərlə təchiz edilib.

Yeni qurğuda qulaqlıqlar üçün audio konnektor yoxdur, onu «Lightning» port əvəz edib. «AirPods» adlı simsiz qulaqlıqlar hazırlanıb. Beləliklə, biz əsl simsiz gələcəyə olan yolun başlanğıcındayıq. «iPhone7» və «iPhone7 Plus» smartfonları dördnüvəli 64 bitlik «A10 Fusion» prosessoru ilə təchiz ediliblər. Yeni prosessor əvvəlkindən 40%, birincidən isə 120 dəfə sürətlidir. «iPhone7» dünyada ən sürətli smartfondur. Aparatın qrafikası «iPhone6» ilə müqayisədə 3 dəfə, «6s» ilə müqayisədə isə 50% sürətləndirilib. «Iphone» smartfonları tarixində ilk dəfə ən uzuzmüddətli işləyən batareya ilə təchiz ediliblər. «iPhone7» modelinin başlanğıc qiyməti 649 dollar, «iPhone7 Plus»da isə 769 dollardır.

Apple şirkəti 15 sentyabr tarixindən Avstraliyanın Sidney şəhərində yeni modelin satışlarına başlayıb.


Apple iPhone 7 Sydney launch

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın