“Trabzonspor” klubu Türkiyə Super Liqasında sona 3 tur qalmış 2021/2022 mövsümünün çempionu tituluna sahib çıxıb.

YALAN.info bildirir ki, XXXV turda evdə “Alanyaspor”la 2:2 hesablı heç-heçə edən “Trabzonspor” 38 il sonra yenidən qızıl medalları qazana bilib.

Hesabı 3-cü dəqiqədə meydan sahiblərindən Andreas Kornelius açıb. 51-ci dəqiqədə Alassan Ndao bərabərlik qolunu vurub. 56-cı dəqiqədə Fredi Ribeyro “Alanyaspor”un qazandığı penaltini dəqiq yerinə yetirə bilməyib. Əvəzində 62-ci dəqiqədə Dorukhan Toköz “Trabzonspor”u yenidən önə keçirib. 80-ci dəqiqədə isə qonaq komandadan Haci Rayt yekun nəticəni müəyyənləşdirib.   

Bununla da xallarını 77-yə çatdıran “Trabzonspor” ən yaxın izləyicisi “Fənərbağça”nı 19 xal geridə qoyaraq, tarixində 7-ci dəfə ölkə çempionu olub. “Zoğalı-mavilər” sonuncu dəfə 1983/1984 mövsümündə belə bir uğura imza atmışdılar.

38 yıl sonra şampiyon oldu

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın