Qarabağ Futbol Klubu yenə tarix yazdı! Dünən atlılar Madridin “Metropolitano” stadionunda yerli Atletiko Madrid klubunun qonağı olub. Bakıda keçirilən ilk görüşdə rəqibi ilə qolsuz heç-heçə etməyi bacaran qaçqınlar komandası səfərdən də xalla qayıdıb. 40-cı dəqiqədə Miçel Maderanın (Michel Madera) gözəl baş vuruşu ilə hesabı açan komandamız 56-cı dəqiqədə rəqibin qarşısını ala bilməyib. Oyun 1:1 hesabıyla başa çatıb.

https://www.youtube.com/watch?v=qxu-EsNlc4I

Atletico Madrid vs Qarabag FK 1-1 All Goals & Highlight (UCL) 2017/18

Atletiko (Madrid) – Qarabağ (Ağdam) 1:1
Qollar: 
Miçel, 40 (0:1), Thomas, 56 (1:1)
Qırmızı vərəqə: Pedro Enrike, 59 (Qarabağ), Saviç, 88 (Atletiko)
Baş hakim: Deniz Aytekin
Baş hakimin köməkçiləri: Qvido Kleve, Markus Hakker
Əlavə yardımçı hakimlər: Daniel Siebert, Bencamin Brand
Dördüncü hakim: Eduard Beytinqer (hamısı Almaniya)
Madrid. “Metropolitano” stadionu

Qeyd edək ki, ilk turda Çelsiyə 0:6, ardından Romaya 1:2 hesabı ilə uduzan Qarabağ Atletikoya qarşı keçirdiyi hər iki oyundan bir xal götürüb. 4 turdan sonra italiyalılar 8 xalla C qrupunun lideridir. Çelsinin 7, Atletikonun 3, Qarabağın isə 2 xalı var.

İlk iki yeri tutan kollektivlər 1/8 finala yüksələcəklər. Üçüncü yerin sahibi isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

Miçel Madera: Noyabrın 22-də Qarabağ Çelsini uda bilər

Qarabağın futbolçusu Miçel Madera (Michel Madera) Çempionlar Liqasının qrup mərhələsinin IV turunda İspaniyada “Atletiko” ilə 1:1 hesablı heç-heçədən sonra “Onda Sero”ya deyib.

40-cı dəqiqədə hesabı açan 32 yaşlı ispaniyalı müdafiəçi bildirib ki, Ağdam təmsilçisi noyabrın 22-də Bakı Olimpiya Stadionunda İngiltərə çempionu Çelsini uda bilər. Miçel bunu Qarabağın evdə oynamasına bağlayıb: “Öz azarkeşlərimiz önündə çıxış edəcəyik. Bütün gücümüzü səfərbər etməliyik. Növbəti qarşılaşmada da uğurla çıxış edəcəyimizə inanıram. Çempionlar Liqasında yaxşı adımlayırıq. Çelsi və Roma ilə görüşlərlə pis başlanğıc etdik. Ancaq hər şey ola bilər. Udmaq üçün inamla irəli gedəcəyik. Son 3 oyunumuzda 10 nəfərlə oynamışıq. Bununla belə, yaxşı qorunaraq, davam gətirmişik”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın