Nüvə silahı İranın siyasi doktrinasına daxil deyil, ona malik olmaq İslam Respublikasının prinsiplərinə ziddir.

YALAN.info bildirir ki, bunu bazar günü İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı deyib.

Abdullahiyanın sözlərinə görə, Yaxın Şərqdə atom silahlarından azad zonanın yaradılmasına ciddi diqqət yetirilməlidir. “İran İslam Respublikası belə bir zonanın yaradılmasının təşəbbüskarlarından biridir və biz bu istiqamətdə konstruktiv əməkdaşlığı davam etdirməyə hazırıq”, – deyə o, vurğulayıb.

Bundan öncə İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndəsi Behruz Kamalvəndi bildirib ki, İranın nüvə bombasına ehtiyacı yoxdur və bu istiqamətə getməyəcək. Kamalvəndiyə dediyinə görə, nüvə enerjisi İslam Respublikası üçün yalnız ölkənin ehtiyaclarını ödəmək üçün lazımdır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın