Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının versiyasına görə, 2023-cü ilin ən yaxşı klub məşqçisinin adına Xosep Qvardiola (Pep Guardiola) layiq görülüb.

İngiltərənin “Mançester Siti” klubunu çalışdıran baş məşqçi ilin ən yaxşısı seçilib. İspan mütəxəssis 281 xal toplayıb və bütün rəqiblərini qabaqlayıb.

İspaniya “Real Madrid”inin baş məşqçisi Karlo Ançelotti (56 xal) ikinci, “Napoli” ilə İtaliya çempionu olmuş Luçano Spaletti (53 xal) isə üçüncü olub.

Yada salaq ki, Xosep Qvardiolanın rəhbərlik etdiyi “Mançester Siti” 2023-cü ildə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun və klublararası dünya çempionatının qalibi olub.

Onu da bildirək ki, Qvardiola üçüncü dəfə ilin ən yaxşı klub məşqçisi seçilib. 52 yaşlı mütəxəssis daha öncə 2009-cu və 2011-ci illərdə bu mükafatı qazanıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın