Polşanın “Legiya” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin transfer qiymətində dəyişiklik olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı transfermarkt.ru portalının rəsmi “Instagram” hesabında məlumat verilib.

24 yaşlı hücumçunun qiyməti 2 milyon avroya (təqribən 3,9 milyon manat) yüksəlib. Beləliklə, forvard Polşa “Ekstraklass”ının (Yüksək Liqa) ən dəyərli futbolçuları sırasında “top 10-luğa” girib.

M.Emreli və komanda yoldaşı Bartoş Sliş uyğun olaraq 9 və 10-cu yerləri bölüşürlər.

Qeyd edək ki, Mahir Emrelinin “Legiya” ilə “3+1 illik” sistemi üzrə müqaviləsi var. Oyunçunun öncəki qiyməti 1 milyon avro (təqribən 1,9 milyon manat) olub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın