“Goal” portalı 2023-cü ilin ən yaxşı 50 futbolçusunun reytinqini yayımlayıb.

YALAN.info bildirir ki, reytinq siyahısı portal istifadəçilərinin səsverməsinin nəticələrinə görə sıralanıb.

Reytinqdə birinci yeri “İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi, ikinci yeri “Mançester Siti”nin hücumçusu Erlin Holand, üçüncü yeri isə “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqhem tutub.

“Ən-Nəsr”in hücumçusu Kriştianu Ronaldu ilk 50-liyə düşə bilməyib.

2023-cü ilin Ən Yaxşı Futbolçularının Reytinqində ilk onluq belədir:

  1. Lionel Messi (“İnter Mayami”/Argentina milli komandası)
  2. Erlin Holand (“Mançester Siti”/Norveç)
  3. Cud Bellinqem (“Real Madrid”/İngiltərə)
  4. Kilian Mbappe (PSJ/Fransa)
  5. Kevin De Bruyne (“Mançester Siti”/Belçika)
  6. Harri Keyn (“Bavariya”/İngiltərə)
  7. Məhəmməd Salah (“Liverpul”/Misir)
  8. Vinisius Junior (“Real Madrid”/Braziliya)
  9. Luka Modriç (“Real Madrid”/Xorvatiya)
  10. Bernardo Silva (“Mançester Siti”/Portuqaliya)​

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın