Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu “Legiya” klubu dünən UEFA Avropa Liqasında növbəti oyununda İngiltərənin “Lester Siti” klubuna minimal hesabla qalib gəlib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, qarşılaşmada yeganə qolu start heyəyətdə meydana çıxan Mahir Emreli görüşün 31-ci dəqiqəsində vurub.

https://www.youtube.com/watch?v=J3NnLdXaxTw
Mecz Legia – Leicester 1:0 Liga Europy Skrót Meczu Legia Leicester 2021 Polska

Bununla da 24 yaşlı hücumçu komandasına önəmli qələbə qazandırıb. Mahir Emreli oyunun 83-cü dəqiqəsində əvəzlənib. O, meydanı tərk edərkən rəqib futbolçusu Meddinsonla mübahisə edib və hakim hər iki oyunçuya sarı vərəqə göstərib.

Legia Warsaw hero Mahir Emreli on his winner vs Leicester City.

Oyundan öncə Mahir Emreli klubun rəsmi saytına müsahibə verib. Müsahibənin əvvəlində müəllif qeyd edir ki, Mahirin cəmi dörd ay ərzində “Legiya” klubuna tam adaptasiya ola bilib və futbolçu meydanda göstərdiyi oyunu ilə öz bacarığını sübüt edə bilib. Eyni zamanda klubun çəkdiyi qısametrajlı filmlərdə Mahir gülərüzlüyü və həyatsevərliyi seçilir. Suallara cavab verən futbolçumuz isə bildirib ki, “Legiya”dakı karyerası onun futbolçu həyatında çox önəmli mərhələlərdən biridir və gələcəkdə daha böyük yerlərdə olmağı xəyal edir.

Mahir Qurban Qurbanovun onun özəl keyfiyyətlərinin yaxşıya doğru dəyişməsini və futbol həyatında oynadığı önəmli rolu xüsusi qeyd edib. Futbolçumuz vurğulayıb ki, nə qədər yüksək uğurlar qazanmağından asılı olmayaraq “Qarabağ”ın baş məşqçisinİ ona təvazökar olmağı aşılıya bilib. 

“Bu gün “Legiya”da olarkən bunun bəhrəsini görə bilərəm. Düşünürəm ki, kənardakı insanlar da buna xüsusi diqqət edirlər. Təvazökar olduğunuz zaman ətrafınızdakılar sizə fərqli davranırlar. Onun məsləhətlərini həyata keçirmək qərarına gəldim və özümü günü-gündən daha xoşbəxt duymağa başladım”- deyə M.Emreli bildirib.

M.Emreli ailəsindən, başlıca olaraq anasından gördüyü dəstəyi də futbolçu karyerasında ona çox yardım etdiyini bildirib:

“24 yaşım var, yetkin insanam, ancaq anam danışanda həmişə onu diqqətlə dinləyirəm. Bu həm də gəldiyim cəmiyyətin mentaliteti ilə bağlıdır. Analar bizim müdirlərimizdir (gülür). Onları dinləyirik, qayğı göstəririk və onlar üçün əlimizdən gələni edirik”.

Milli komandamızın futbolçusu “Lester”ə qarşı gözlənilən oyunla bağlı də düşüncələrini bildirib. Futbolçumuz qeyd edib ki, onlar bütün klublara qarşı ciddi hazırlaşırlar və qarşılaşacaqları komandanın adının heç bir önəmi yoxdur.

“Meydana çıxıb oyundan zövq almalısan. Qarşımızda 90 dəqiqə zaman var və bundan maksimum yararlanmaq lazımdır. Premyer Liqa komandası ilə oynayacağıq! Bu cür oyunlar bayrama oxşayır. Azarkeşlərimiz də qrupda güclü komandalarla qarşılaşmağımızı istəyirdilər. Biletlərin hamısı satılıb. İnsanlar stadiona “Lester” in oyunçularına baxmaq üçün deyil, bu gözəl qarşılaşmadan zövq almaq üçün gəlirlər”.

Qeyd edək ki, ilk turda Moskva “Spartak”ını 1:0 hesabı ilə məğlub edən “Legiya” indi altı xalla C qrupunda liderdir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın