Çeçenistanda keçirilən yarışda Azərbaycanlı peşəkar kikboksçusu Zabit Səmədov hollandiyalı idmançı Errol Zimmermanla döyüşdən qalib ayrılıb.
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, görüş 23 avqustda Qroznıda Çeçenistanın birinci prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turniri çərçivəsində keçirilib.

Yada salaq ki, Zabit Səmədov 2008-ci ildə Avropa Qran-Prisinin finalında Zimmermana uduzmuşdu.
+95 kg Забит Самедов (Zabit Səmədov, Azərbaycan) vs Эррол Циммерман (Errol Zimmerman, Hollandiya)