Rusiya Federasiyasının Silahlı Qüvvələri müharibə başlayandan bugünədək Ukrayna şəhərlərinə 1 370 raket atıb.

YALAN.info bildirir ki, bununla bağlı Ukrayna Müdafiə Nazirliyinin məlumatında qeyd məlumat verilib.

Məlumata görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra 10 milyondan çox sakin evini tərk etməli olub. Qeyd olunub ki, Rusiya hərbçiləri 148 uşağın ölümünə səbəb olub. Raket zərbələri nəticəsində Ukraynanın 15 hava limanını məhv edilib.

“Rusiya əsgərləri Ukraynaya öldürmək və məhv etmək üçün gəliblər. 148 uşaq Rusiya hərbçiləri tərəfindən açılan atəş və hava hücumları nəticəsində həlak olub. 10 milyondan çox ukraynalı müharibə səbəbindən evlərini tərk edib”, – məlumatda deyilir.

BMT Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) isə bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan indiyədək azı 1 232 ukraynalı mülki şəxs həlak olub, daha 1935 nəfər yaralanıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın