Peru dövləti Venesuelada özünü dövlət başçısı elan edən Juan Guaidonun Limaya səfir təyin etdiyi şəxsi tanımayacağını elan edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Peru mediasında çıxan xəbərlərə görə, Prezident Pedro Kastilyo yalnız Venesuaela dövlət başçısı Nikolas Maduro hökuməti tərəfindən səfir təyin olunan diplomatı rəsmi olaraq tanıyacaq.

Peru Xarici İşlər Nazirliyi isə bəyan edib ki, Venesuelanın Lima səfiri Aleksandr Qabriel Yanezi diplomatik nümayəndəliyin rəsmi nümayəndəsi kimi tanıyır.

Bununla da özünü Venesueala dövlət başçısı elan edən Quaidonun Limaya səfir təyin etdiyi Karlos Skullun fəaliyyətinə son qoyulub.

Öncəki xəbərBalabəy Ağayev “Böyük dəbilqə” turnirinin qızıl medalını qazandı
Sonrakı xəbərAlmaniyanın İqtisadiyyat və enerji naziri Peter Altmayer Rusiyaya xəbərdarlıq etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın