“Azərbaycanın azad olunmuş bölgələrində aparılan yenidənqurma işlərində ABŞ-dan daha çox şirkətin iştirak etməsini istərdik”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş dəyirmi masada deyib.

“Ağdamda olanda hər şeyi öz gözümlə gördüm. Bərpa işlərində iştirak edən daha çox ABŞ şirkətləri görmək istərdim. Onları cəlb etmək üçün daha çox açıq tenderlər keçirilməli, işgüzar mühit daha əlverişli vəziyyətə gətirilməlidir. Azərbaycan böyük potensiala malikdir, biz də təcrübəmizi bölüşməyə hazırıq” – deyə səfir qeyd edib.

Azad olunmuş ərazilərin həmçinin yaşıl enerji ilə bağlı da imkanlarını dilə gətirən amerikalı diplomat bərpa olunan enerji mənbələrilə bağlı layihələrdə də ABŞ şirkətlərinin iştirak edəcəyinə inandığını bildirib.

Bununla yanaşı, Azərbaycanın azad olunmuş ərazilərinin minalardan təmizlənməsinə də dəstək vermək üçün ABŞ-ın lazımi təcrübə və texnologiyalara malik olduğu, o cümlədən Marşal Miras İnstitutu ilə ANAMA arasında səmərəli əməkdaşlığın bərqərar olduğu diqqətə çatdırılıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın