Almaniyanın İqtisadiyyat və enerji naziri Peter Altmayer ölkəsi və Avropanın ən önəmli qaz tədarükçüsü olan Rusiyanı yüksək qaz qiymətlərindən yararlanması mövzusunda xəbərdarlıq edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, nazirin sözlərinə görə, alman hökuməti Rusiyaya qarşı birtərəfli asılılığın qarşısını almaq üçün əlindən gələni edəcək.

“Əlbəttə, kimsənin məsuliyyətsiz qazanc əldə etməməsi, bu durumdan yararlanmaması üçün əlimizdən gələni edəcəyik”, – Alman nazir son həftələr enerji qiymətlərinin artması haqqında danışarkən bildirib.

Almaniya mətbuatında Rusiyanın Avropanı qazla təmin edəcək “Şimal axını 2” boru kəmərinin ən qısa zamanda təsdiqlənməsi üçün təbii qaz təchizatını məhdudlaşdıra biləcəyi iddiaları var. Avropaya gedən boru kəməri qazla dolu olsa da, Almaniya enerji tənzimləyiciləri qaz axını üçün icazə verməlidir.

Rusiya isə bütün qaz tədarük öhdəliklərinə əməl edəcəyini vurğulayaraq yüksək qiymətlərdən istifadə etdiyini inkar edir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın