“Azad Peru” sol radikal partiyasının nümayəndəsi Pedro Kastilyo ölkədə keçirilən prezident seçkilərində qələbə qazanıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytının məlumatına görə, bununla bağlı Cənubi Amerika respublikasının Seçki Proseslərinin Milli Ofisi tərəfindən səsvermənin ikinci turunun protokollarının nəticələrinin açıqlanmasından sonra bildirilib.

Bu halda bülletenlərin təxminən 99,2 %-i hesablanıb. Nəticələrə uyğun oalraq Kastilyoya 8 800 081 seçici (50,198 %) səs verib. Eyni zamanda 8 730 535 seçici (49,802 %) onun rəqibi, sağçı “Xalq gücü” partiyasından namizəd Keyko Fuximoriya səs verib. Ölkənin 6,3 milyondan çox seçicisi, ya da səsvermə hüququ olan vətəndaşların 25 %-dən çoxu seçki məntəqələrinə gəlməyiblər.

Qeyd edək ki, səslərin hesablanmasının başlanğıcından Fuximori liderlik edirdi.

Perunun yeni seçilmiş prezidenti iyulun 28-də vəzifəsini yerinə yetirməyə başlayacaq. Onun səlahiyyət müddəti 5 ildir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın