Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin tərkibini təxminən 80 faiz dəyişdirməyə hazırlaşır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ermənistanın “Joxovurd” dərgisi məlumat yayıb. Xəbərdə vurğulanır ki, ölkədəki hakim qüvvə nazirləri dəyişdirmək məqsədilə yeni kadrlar axtarır.

Mənbə iddia edir ki, yaxın müddət boyunca əmək və sosial məsələlər naziri, təhsil, elm, mədəniyyət və idman naziri, səhiyyə naziri, iqtisadiyyat naziri, eləcə də, müdafiə naziri David Tonoyan və onun birinci müavini vəzifələrini itirəcəklər.

Qeyd olunur ki, hökumət üzvləri hərbi vəziyyət dövründə hərəkətsiz olublar və bu səbəbdən istefa verməlidirlər.

Qəzet yazır ki, səlahiyyətli orqanların nümayəndələri hesab edir ki, cəmiyyətdə nüfuzu aşağı olan başqa vəzifəli şəxslər də tutduqları postları tərk etməlidirlər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın