Qazaxıstan hüquq-mühafizə orqanları iğtişaşlar zamanı 6 minə yaxın insanı saxlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Qazaxıstan Respublikası prezidentinin mətbuat xidməti məlumat yayıb.

Verilən məlumata görə, Prezident Kasım-Jomart Tokayevin sədrliyi ilə əməliyyat qərargahının toplantısı keçirilib. Toplantıda Baş prokuror, Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsini yerinə yetirən daxili işlər nazirinin hesabatları dinlənilib.

“İndi 125 cinayət işi açılıb, 5,8 min nəfər polisə gətirilib, onların arasında çox sayda əcnəbi var”, – məlumatda deyilir.

Ölkənin bütün rayonlarında durumun sabitləşdiyi, əməliyyat şəraitinə tam nəzarətin bərpa edildiyi, hüquq-mühafizə orqanları tərəfindən əvvəllər zəbt olunmuş bütün inzibati binaların azad edildiyi, kommunal obyektlərin işinin davam etdirildiyi bildirilir. 

“Kasım-Jomart Tokayev vurğulayıb ki, güc strukturları ölkədə ictimai asayişin və təhlükəsizliyin tam bərpası üçün bütün lazımi tədbirləri görəcək”, – mətbuat xidməti qeyd edib.

Qazaxıstanın Almatı şəhərində 20-dən çox silahlı şəxs saxlanılıb. Saxlanılan şəxslərdən 40-a yaxın silah-sursat götürülüb. Müsadirə edilən silahlar sırasında 25 Makarov tapançası, 5 Kalaşnikov avtomatı, tüfəng və ov tüfənginin olduğu qeyd edilir. Həmçinin, onlardan müxtəlif çaplı 500 patron götürülüb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın