“Erməni Milli Konqresinin dünənki guya bizim hansısa düşərgəni dəstəkləməyimizlə bağlı bəyanatı  istər mövcud hökumətin düşərgəsini, istərsə də müxalifəti səhv istiqamətə yönəltdi”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, News.am yazdığına görə, bu sözləri Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan yaydığı bəyanatda deyib. 

“Aydındır ki, mövcud hakimiyyət uğrunda mübarizənin nə iştirakçısı, nə də tərəfdarıyıq. Müxalif düşərgələrdən hansının bu problemi həll etməsindən asılı olmayaraq, bizi yalnız vətəndaş müharibəsindən qaçmağın, mövcud böhrandan yalnız konstitusiya yolu ilə çıxmağın tərəfdarıyıq.

Əlbətdə ən çox arzu olunan variant iki tərəf arasındakı anlaşmadır.

Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli anlaşmaya gəldikdə, ən azından müharibənin bitdiyini və itkilər olmayacağına dair vacib bir həqiqəti bir reallıq kimi qəbul etmək lazımdır. Anlaşmanın həyata keçirilməsi və Qarabağ probleminin son həll prosesi yaxın gələcək üçün bir məsələdir, buna Ermənistan bütün ciddiyyəti ilə hazır olmalıdır”, – deyə Ter-Pertosyan qeyd edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın