Cənab Paşinyan, hakimiyyətdə olduğunuz müddətdə nə etmisiniz? Ordunu hazırladınız? Beynəlxalq münasibətləri qurdunuz? Kursunuz nə idi? Nəyə nail oldunuz? ABŞ “dqr”i tanıyıb? Fransa, ya da Ermənistan özü onu tanıdı?

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Tam əlaqə” verilişinin efirində ermənipərəst mövqeyi ilə seçilən qalmaqallı teleaparıcı Vladimir Solovyov danışıb.

“Rusiya ermənilərə xəyanət edib” deyənlərdən soruşmaq istərdik ki, Rusiya kimə xəyanət edib? Moskvanın İrəvanla müttəfiq münasibətləri var, Ermənistan ərazisinə hərbi müdaxiləsi olmayıb. Ermənistan rəhbərliyi Trampın “Vəssalam! Hər şey bitdi!” söylədiyinə və bununla da hər şeyin yerinə düşəcəyini düşünürdü. Ancaq heç kim Trampı dinləmədi. Paşinyan düşünürdü ki, Skandinaviya sülhməramlıları Qarabağa gələcəklər… Heç kim gəlmədi, heç kim kömək etmədi. Kim gəldi?

Rusiya 321-ci briqadası erməniləri xilas etmək üzrədir. Bir az da olsa, Azərbaycan Ordusu Xankəndiyə girib, orada heç bir erməni əsgərini saxlamazdı”, – Solovyov bildirib.

O qeyd edib ki, Paşinyan hakimiyyəti münaqişənin dinc yolla nizamlanmasını təklif edən Əliyevi təhrik edirdi:

“Nəticə etibarilə Əliyev Paşinyanı məğlub etdi. Paşinyan 30 il davam edən razılaşmaları yerinə yetirmək əvəzinə, Şuşada rəqs edərək, Azərbaycana qarşı təxribat etdi, andiçmə mərasimi keçirdi. İndi isə Paşinyan öz xalqından gizlənir. Əgər insanlar Paşınyanı tapsaydı, onu parçalayacaqdılar”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın