Paşinyan Qasparyanı yalan danışmaqda günahlandırdı, “Əxlaqsız yalançı” cavabını aldı

Ermənistan baş naziri Nikol Paşinyan ölkənin keçmiş baş qərərgah rəisi Onik Qasparyanı yalan danışmaqda günahlandırıb.

“Sputnik Ermənistan” xəbər verir ki, o, Qasparyanın 44 günlük müharibənin dördüncü günündə hərbi əməliyyatları dayandırmağa çağırmadığını deyib. 

2020-ci ilin 17 noyabrında Qasparyan verdiyi açıqlamada müharibənin dördüncü günü Təhlükəsizlik Şurasının toplantısında silahlı qüvvələrin, itkilərin və mövcud durumun dəyərləndirilməsini təqdim edib və bildirib ki, iki-üç günə müharibəni bitirmək üçün lazımi tədbirlər görülməlidir.

“Qasparyanın 17 noyabrdakı açıqlamasının həqiqətlə heç bir əlaqəsi yoxdur. Bu, səs yazıları da daxil olmaqla rəsmi qeyd edilib. Əksinə, o dedi ki, qarşı tərəf irəliləmir, ordu və silahlı qüvvələr tapşırıqlarını yerinə yetirir və bunu sonuna qədər edəcəklər”, – deyə Paşinyan parlamentin toplantısında vurğulayıb.

Erməni baş nazirin sözlərinə görə, Qasparyan belə bir açıqlama verə bilməzdi, çünki 21 avqust 2020-ci il tarixində Təhlükəsizlik Şurasının toplantısında verdiyi hesabatda Qarabağ istiqamətindəki silahlı qüvvələrin “geri addım atmamaq” prinsipinə əsaslanaraq mövcud güclər və vasitələrlə qarşı tərəfin hücumunu dəf edə və poza biləcəyini iddia edib.

Paşinyan əlavə edib ki, bu, Ermənistan hakimiyyətinin döyüş əməliyyatlarını mümkün qədər tez dayandırmağa çalışmadığı anlamına gəlmir.

Qasparyandan Paşinyana cavab: “Əxlaqsız yalançı”

Ermənistanda vəzifəsindən faktiki olaraq uzaqlaşdırılan baş qərərgah rəisi Onik Qasparyan baş nazir Nikol Paşinyanın onun barəsində dediklərinə cavab verib.

“Johovurd” qəzeti xəbər verir ki, Qasparyan da öz növbəsində Paşinyanı yalançı adlandırıb.

Daha öncə Paşinyan parlamentdə çıxışında demişdi ki, Qasparyan 17 noyabr 2020-ci il tarixli açıqlamasında deyildiyi kimi Qarabağdakı müharibənin dördüncü günü savaşın ən qısa müddətdə bitirməyin lazım olduğunu bildirməyib.

“Bu əxlaqsız yalançılardan başqa bir şey gözləmirdim”, – deyə Qasparyan qeyd edib.

“17 noyabrdakı açıqlamamda söylədiklərimi bir daha təsdiqləyirəm. Baş nazir və Təhlükəsizlik Şurasının katibi gerçəkliyi həyasızcasına təhrif edir və hakimiyyət rıçaqlarından istifadə edərək cəmiyyəti yoldan çıxarır”, – deyə erməni general vurğulayıb.

Onun sözlərinə görə, Təhlükəsizlik Şurasının toplantılarının stenoqramları saxtalaşdırıla və səlahiyyətlilər üçün əlverişli bir şəkildə təqdim edilə bilər.

Qasparyan qeyd edib ki, yalnız mövcud hökumətin istefasından və hökumət dəyişikliyindən sonra həqiqətə varmaq mümkün olacaq.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir