“Bir-birinizə yardım edin! Bir-birinizi dəstəkləyin! Müdafiədə durun!”

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski martın 14-də video-müraciətində deyib.

“Rusiya şəhərlərimizə zərbə endirməklə infrastrukturu dağıtmaqda davam edir. Ancaq biz hər şəhərin küçəsini, hər ukraynalının evini, mənzilini bərpa edəcəyik. Torpaqlarımızda hələ ki işğalçı var. Biz indi onu bacardığımız kimi əzməliyik. Şəhəri, kəndi, torpağımızın hər qarışını, ürəyimizin hər parçasını qorumalıyıq. Ukraynalı ürəyini, ukraynalı ruhunu qorumalıyıq! Bir-birinizə yardım edin! Bir-birinizi dəstəkləyin! Müdafiədə durun! Dövləti qoruyun! Biz birlikdə qalib gələcəyik!”, – deyə o vurğulayıb.

Zelenski Rusiyanın bu müharibəyə onillər ərzində hazırlıq gördüyünü dilə gətirib: “Onlar mənfur məqsəd üçün, qonşuları diz çökdürmək üçün çox sayda hərbi ehtiyat toplayıblar. Bunu Ukraynanı, Avropanı yox etmək üçün ediblər”.

Зеленський: Захищайте державу! Разом – переможемо. Слава Україні!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın