İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryana qarşı irəli sürülən xüsusilə külli miqdarda rüşvət alma ittihamlarının müddətinin başa çatması ilə əlaqədar ona qarşı işin dayandırılması barədə qərar qəbul edib.

YALAN.info bildirir ki, bununla bağlı Ermənistanın İctimai Televiziyası məlumat yayıb.

Məlumata görə, Koçaryan iş adamı Silva Ambartsumyandan üç milyon dollar məbləğində rüşvət almaqda ittiham olunurdu. Ancaq iddia müddəti may ayında başa çatıb və əvvəlki iclasda Ermənistanın keçmiş başçısı cinayət təqibinin dayandırılmasına etiraz etməyib.​

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın