“Ermənistan-Azərbaycan sərhədində gərginlik qalmaqdadır və bununla əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının oraya göndərilməsi qərara alınıb”.

YALAN.info bildirir ki, bu sözləri Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri Peskov deyib.

“Dünən KTMT missiyasının sərhədə getməsi qərara alınıb. Onlar hesabat təqdim edəcəklər”, – deyə Peskov bildirib. O qeyd edib ki, qərar axşam gec saatlarda verilib. Buna görə də missiyanın formalaşdırılması və onun sərhədə göndərilməsi bir qədər vaxt aparacaq.

Yada salaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla toplamda Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Ermənistanın çox sayda hərbi texnikası, milyard dollarlıq qiyməti olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edilib. Buna baxmayaraq Ermənistan Müdafiə Nazirliyi ölkənin hərbi itkiləri haqqında heç bir məlumat vermir.

Sentyabrın 13-ü saat 09.00-dan etibarən atəşkəsin elan olunmasına baxmayaraq Ermənistan tərəfindən artilleriya və başqa ağır silahlardan istifadə olunmaqla sərhəd boyunca atəşkəs intensiv şəkildə pozulur. Ermənistan Müdafiə Nazirliyi də öz növbəsində qarşı tərəfi atəşkəsi pozmaqda günahlandırır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın