“Gündəmdə olmaq və xəbər yaratmaq üçün çalışmamışam. Səhər gözümü açıb görmüşəm ki, qalmaqalın içindəyəm. Hələ də belə davam edir”.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri tanınmış model Pərvin Abıyeva “Xəzər” televiziyasında yayımlanan “X Maqazin” proqramına verdiyi açıqlamasında deyib.

Özəl həyatında heç kimin olmadığını deyən sənətçi tez gözə gəldiyini bildirib:

“Bu gündən etibarən bütün mediadan xahiş edirəm ki, özəl həyatımla bağlı mənə sual verməyin. Bununla bağlı heç kimə cavab verməyəcəyəm. Həyatım mənə aiddir. Özəl həyatımda heç kim yoxdur. Rahatam (gülür)…

Həyatımda kimsə olanda rahat yaşaya bilmirəm. Yazırlar, gizli-gizli foto və ya videolarımızı çəkib, sosial mediada paylaşırlar, müzakirə edirlər. Bu heç də xoş hal deyil. Mənə çox tez nəzər dəyir”. 

P.Abıyeva qadınlarla deyil, kişilərlə dostluq etdiyini bildirib:

“Daha çox kişilərlə dostluq edirəm. Çünki əks cinsin nümayəndələri qadınlar kimi paxıllığınızı çəkmir”.

Öncəki xəbərMübariz Mənsimovun Palmali şirkəti müflis elan olundu
Sonrakı xəbərSevil-Sevinc: Açıq-Saçıq Görüntü ilə Gündəmə Gəlməmişik
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın