Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyası Rusiya Federasiyasının BMT-nin İnsan Hüquqları Şurasında iştirakını dayandırıb.

YALAN.info bildirir ki, qərar bir neçə dəqiqə öncə BMT Baş Assambleyasının toplantısında verilib.

Bildirək ki, Rusiya Federasiyasının üzvlüyünün dayandırılması üçün dünyanın 193 ölkəsindən ibarət Baş Assambleya üzvlərinin üçdə ikisinin səsi yetərli idi.

Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin müavini Gennadi Kuzmin, BMT Baş Assambleyasının Rusiyanın üzvlüyünün dayandırılması ilə bağlı qərarından sonra deyib: “Rusiya Federasiyası 2022-ci il aprelin 7-dən BMT İnsan Hüquqları Şurasının üzvü kimi səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək qərarına gəlib”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın