“Heç vaxt gündəmə açıq-saçıq görüntülər və dəyişik obrazlarla gəlməmişik. Hətta fotosessiyaların ən rahatını və sadəsini etdiririk. Obrazlı fotosessiya bizdən görməyəcəksiniz”.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Azərbaycan şou-biznesinin Sevil və Sevinc Səfərova bacıları “Xəzər” televiziyasında yayımlanan “X Maqazin” proqramına verdiyi açıqlamalarında deyiblər.

Müğənnilər həmkarlarının tez-tez efirdə səsləndirdiyi “yeniliklər edəcəyəm” sözünə qarşı çıxıblar:

“Toy məclislərində, verilişlərdə oluruq. Bizim də işimiz mahnı oxuyub, klip çəkdirib, fotosessiya etdirməkdir. Bu işləri görmək məcburiyyətindəyik. “Yenilik edəcəyəm” deyə bir şey yoxdur. Çünki sən bununla pul qazanırsan, tamaşaçılara tanınırsan, onların sevgisini qazanırsan”.

Səfərova bacıları tanınmış stilistlərlə çalışmaq istəmədiklərini söyləyiblər:

“Tanınmış stilistlərlə çalışmağı sevmirik. Çünki onların da özlərinə görə kaprizləri var. Bizə özümüzü hər zamankı obrazda görmək rahatdır”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın