Bu il Oskar mükafatı qazanmış Hollivudun ulduz aktyoru Leonardo DiKaprio yeni sevgilisi Nina Aqdal ilə ilk dəfə dənizkənarında yaxalanıb. YALAN.info-nun verdiyi xəbərə görə, Amerikalı 41 yaşlı aktyor və 24 yaşlı Danimarkadan olan model Nina Aqdalla (Nina Angal) Malibuda dincəlir.
Onların dənizdə birlikdə çimərkən və qumda səmimi uzandıqları görüntülər yayılıb. Çəkilən videoda xoşbəxt cütlüyün öpüşərək qucaqlaşdığı görünür. Beləcə, məşhurların sevgili olmalarıyla bağlı aylar öncə mətbuatda yayılan xəbərlər doğrulanıb.
Leonardo DiKaprionun model Nina Agdal ilə dənazkənarında romantik görüntüləri
Bir müddət əvvəl Los-Ancelesdə keçirilən 88-ci Oskar mükafatlandırma mərasimində aktyor rejissor Alexandro Qonsaless İnyarittonun “Sağ qalmış” filmində canlandırdığı rola görə “Ən yaxşı aktyor” nominasiyasında qalib gəlib. Bu Leonardo Di Kaprionun beşinci dəfə Oskar mükafatına namizədliyi olub.
Ulduz aktyor 1994-cü ildə 19 yaşında olarkən “Qilbert Qreypi nə narahat edir?” filmində canlandırdığı rola görə “Ən yaxşı köməkçi kişi aktyoru” kimi namizəd göstərilib. 2005-ci ildə “Aviator”, 2007-ci ildə “Qanlı almaz” və 2014-cü ildə “Uoll-stritdən canavar” filminə görə Oskara namizəd olnuşdu.
Leonardo DiKaprionun yeni sevgilisi Nina Agdal









Nina Agdal Sexiest Moments