AVRO-2024-ün seçmə mərhələsinin son turunda Belçika və Azərbaycan milliləri “Kinq Baudouin” stadionunda görüşüblər.

YALAN.info bildirir ki, meydan sahiblərinin kapitanı Romelu Lukaku 17, 26, 30 və 37-ci dəqiqələrdə vurduğu qollarla pokerə imza atıb.

Yığmamızın heyətində Eddi İsrafilov 24-cü dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. İkinci yarının başlanğıcında Romelu Lukaku Lois Openda ilə əvəzlənib. Bundan sonra oyunun 90-cı dəqiqəsində Leandro Trossard Belçika komandasının 5-ci qolunu vura bilib.

Belçika: 12. Kun Kastels, 4. Vaut Fas, 5. Yan Vertongen, 21. Timoti Kastan, 3. Artur Teat, 18. Orel Manqala, 6. Aster Vranks, 9. Leandro Trossard, 19. Yohan Bakayoko, 7. Ceremi Doku, 10. Romelu Lukaku (k).

Baş məşqçi: Domeniko Tedesko.

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Höccət Haqverdi, 3. Elvin Cəfərquliyev, 17. Toral Bayramov, 14. Eddi İsrafilov, 20. Aleksey İsayev, 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 9. Renat Dadaşov.

Baş məşqçi: Canni De Byazi.

Belçika – Azərbaycan | AÇ-2024, seçmə mərhələ | CANLI

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın