Çox az hallarda gözəl qızlar hərbi xidmətə üstünlük verirlər. Adətən belə qızlar model biznesini seçir. YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Tehranə Bəhruzi bu iki sahəni birləşdirib.
Bu gözəl xanımın iki ali təhsili var. 20 ölkənin təmsilçilərinin qatıldığı “Mrs. Top of the World-2015” gözəllik yarışmasında “Mrs. Elegance Top of the World-2015” tituluna layiq görülüb.
İndi isə Hindistanda keçiriləcək yeni müsabiqəyə hazırlaşır.
Tehranə həyatından və qızlar üçün Azərbaycanın Xüsusi təyinatlı qoşunlarında xidmətindən danışıb:
“Mən yaradıcı insanam və hesab edirəm ki, dünyaya gəlmişiksə, hər şeyi bacarmalıyıq. Kim olduğun vacib deyil – hərbçisən, hüquqşünas və ya psixoloq. İrəliyə getmək və öz məqsədlərinə nail olmalısan!”.
Qeyd edək ki, Tehranə Bəhruzi 1986-cı ildə Amurskda (Rusiya Federasiyası) anadan olub. Hazırda Bakıda yaşayır və Azərbaycan vətəndaşıdır. Samara Dövlət Universitetində hüquq üzrə təhsil alıb. Azərbaycan Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Hərbi Dəstəsində qulluq edir.









