Nigeriyanın Zamfara əyalətində kəndlərə silahlı basqın zamanı 48 nəfər həlak olub.

YALAN.info bildirir ki, bununla bağlı Bakura regionunun rəsmisi Aminu Süleyman yerli mətbuata verdiyi açıqlamada danışıb.

Aminu Süleymanın sözlərinə görə, motosikletli silahlı şəxslər Zamfara vilayətinin 3 kəndinə hücum edib. O, qeyd edib ki, hücumlarda azı 48 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Süleyman hücum zamanı polis maşınının və bir çox evin yandırıldığını bildirib.

Bildirək ki, əyalət 5 ildir heyvandarlıqla məşğul olan fulani icmaları ilə əkinçiliklə məşğul olan bəzi tayfalar arasında şiddətli qarşıdurmalara meydandır. Yanvarın 17-də Zamfara əyalətində silahlı şəxslərin həyata keçirdikləri hücumlar nəticəsində 50-dən çox insan həyatını itirib.

Prezident Məhəmməd Buxari hücumdan sonra bölgəyə qoşun cəlb edib. İndi Zamfara və qonşu əyalətləri uçuş üçün qadağan zona elan edilib və bölgədə mədən çalışmaları yasaqlanıb.

Öncəki xəbərBurkina-Fasoda silahlılar həbsxanaya hücum edərək bütün məhkumları azad ediblər
Sonrakı xəbərOmbudsman: 1 milyondan çox ukraynalı qanunsuz olaraq Rusiyaya aparılıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın