1 milyondan çox Ukrayna vətəndaşı qanunsuz olaraq Rusiya Federasiyası ərazisinə aparılıb.

YALAN.info Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Kiyevdə keçirdiyi brifinqdə Ukrayna Ali Radasının insan hüquqları üzrə səlahiyyətli nümayəndəsi (Ombudsman) Lyudmila Denisova bildirib.

“1 milyon 185 mindən çox vətəndaşımız, o cümlədən 200 mindən çox uşaq qanunsuz olaraq Rusiya Federasiyasının ərazisinə aparılıb”, – o deyib.

Eyni zamanda, Ukrayna Baş Prokurorluğunun yaydığı məlumata görə, Rusiya Ordusunun Ukraynadakı hərbi əməliyyatları nəticəsində 225 uşaq ölüb, 413 azyaşlının isə yaralanıb.

Qurumdan verilən açıqlamada Rusiya bombardmanları nəticəsində 1635 təhsil müəssisəsinin zərər gördüyü, onlardan 126-nın tamamilə məhv edildiyi qeyd edilib.

Öncəki xəbərNigeriyada silahlı hücum zamanı 48 nəfər öldürülüb
Sonrakı xəbərTürkiyə Ordusu Suriyada daha 12 terrorçunu zərərsizləşdirib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın