ABŞ Senatı Rusiya Prezidenti Vladimir Putin barəsində hərbi cinayətkar kimi istintaq aparılmasını tələb edən qətnaməni yekdilliklə qəbul edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, qətnamə respublikaçı senator Lindsi Qrem tərəfindən təklif edilib və hər iki partiyanın senatorları tərəfindən dəstəklənib.

Qeyd olunub ki, ABŞ Senatı Vladimir Putinin rəhbərliyində Rusiya Silahlı Qüvvələrinin törətdiyi zorakılıq, hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətləri qətiyyətlə pisləyir.

Qətnamə Haaqa Beynəlxalq Cinayət Məhkəməsini və başqa ölkələri Rusiyanın Ukraynaya hücumu zamanı törətdiyi hərbi cinayətlərlə bağlı Rusiya Prezidenti Vladimir Putin, onun ətrafı, o cümlədən Rusiya hərbçiləri barədə araşdırma aparmağa çağırır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın