Şimali Atlantika Alyansına (NATO) üzv olan 30 ölkədən 15-i Finlandiya və İsveçin alyansa qoşulması haqqında protokolu ratifikasiya edib.
YALAN.info bildirir ki, bununla bağlı İsveçin Xarici işlər naziri Ann Linde Twitter hesabında yazıb.
İyunun 29-da baş tutan sammitdə NATO liderləri rəsmi olaraq İsveç və Finlandiyanı alyansa qoşulmağa dəvət ediblər. İyulun 5-də Finlandiya və İsveçin xarici işlər nazirləri NATO-ya üzv olmaq haqqında protokollar imzalayıblar.
2022-ci il iyulun 1-dən alyansa qoşulmaq üçün İsveç Türkiyə ilə əldə olunan anlaşmanın bir hissəsi olaraq terror cinayətləri ilə bağlı qanunu sərtləşdirməyə razılaşıb. Sənədə uyğun olaraq, İsveç, Finlandiya və Türkiyə terrorizmlə mübarizə, o cümlədən PKK-ya qarşı tədbirlər sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.