Rusiya Prezidenti Vladimir Putin ötən ilin sonunda keçirdiyi geniş mətbuat konfransında Qərbi hədələmişdi. Kreml sahibi demişdi ki, əgər Qərb onun şərtlərini qəbul etməsə, ağır nəticələriylə üzləşməli olacaq.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu təhlükəsizlik zəmanəti ilə bağlı Rusiya-NATO və Rusiya-ABŞ danışıqları haqda qeyd edib.

Politoloqun fikrincə, Putin “ağır nəticə” dedikdə Ukraynaya hücum əməliyyatını nəzərdə tutulurdu:

“Təsadüfi deyil ki, Rusiya Ukrayna ilə sərhəddə aylardır yüz minlik qoşun saxlayır. Putin onu da demişdi ki, Vaşinqton və NATO rəhbərliyi ilə danışıqlara hazırdır, ancaq nəticə əldə edilməsə, planlaşdırdığını edəcək”.

Politoloq bildirib ki, danışıqlar nəticə vermədi, Vaşinqton və Brüssel Kremlin ultimatumlarını qəbul etməyib:

“Bu vəziyyətdə Putin planlaşdırdığını edəcəkmi? Rusiyada Ukrayna ilə müharibə ssenarisinə heç də hamı hazır deyil. Misal üçün, Qərblə danışıqlarda Rusiyanı təmsil edən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, hərbçilər Vladimir Putinə müxtəlif variantlar təklif ediblər, “ancaq diplomatiyaya şans vermək lazımdır”.

Ryabkovun sözlərindən nə anlamaq olar? İki variant var:

  • Birinci variant odur ki, Rusiya diplomatları ilə hərbçiləri arasında Ukrayna məsələsində fikir ayrılığı var. İkincilər müharibəyə hazırlaşır, birincilər isə danışıqları davam etdirmək istəyirlər.
  • İkinci variant odur ki, Kreml sahibi Ryabkovun diliylə geri addım atıb, masadan qalxmayacağına işarə edib”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın