Avropa Komissiyası Rusiyaya qarşı sanksiyaların müddətini 2023-cü ilin əvvəlinə qədər uzatmağı təklif edir.

YALAN.info “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bununla bağlı Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Twitterdə yazıb.

“Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi səngimək bilmir. Ona görə də biz bu gün AB-nin Kremlə qarşı sanksiyalarını sərtləşdirməyi və 2023-cü ilin yanvarına qədər uzatmağı təklif edirik”, – o vurğulayıb.

Yada salaq ki, bu günlərdə Avropa Birliyi Rusiyaya qarşı yeddinci sanksiyalar paketinin razılaşdırılması üzərində işləyir. Gözlənildiyi kimi, buraya Rusiya qızılının idxalına və ikili təyinatlı malların ixracına qadağa da daxil olacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın