Rusiya Federasiyasının Müdafiə Nazirliyi hərbi idarənin bülletenində Rusiya sülhməramlılarının Qarabağda fəaliyyət göstərdiyi zonanın adını “Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu” kimi qeyd edib.

YALAN.info bildirir ki, Rusiya Müdafiə Nazirliyinin bülletenlərində sülhməramlıların hərəkət zonası “Dağlıq Qarabağ münaqişəsi zonası” kimi adlandırılırdı.

27 oktyabr tarixli bülletendə, həmçinin vurğulanır ki, yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Xankəndi ərazisində iki post yaradılıb. Məlumata görə, 2023-cü il sentyabrın 19-dan etibarən Rusiya sülhməramlılarının Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonlarında 8 müşahidə, 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.

Rusiya Müdafiə Nazirliyinin Xəritəsi – 27.10.2023

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın