NATO-nun Baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) və Ermənistan Prezidenti Armen Sarkisyan Brüsseldəki NATO düşərgəsindəki görüşlərdən sonra mətbuat konfransı keçirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Anadolu” agentliyi məlumat yayıb.

“Cənab prezidentə NATO-nun bu döyüşlərin bir parçası olmadığını xatırlatdım. Azərbaycan da, Ermənistan da 25 ildən artıq müddətdir ki, NATO-nun dəyərli ortaqlarıdır”, – deyə NATO Baş katibi bildirib.

NATO-nun atəşkəsin pozulması səbəbilə rahatsız olduğunu vurğulayan Yens Stoltenberq anlaşmazlıqların bitməsi və barış yolu ilə həllini tapılmasının önəmliliyini vurğulayıb.

“Dinc əhalinin hədəf seçilməsi qəbuledilməzdir və dərhal dayandırılmalıdır. Hər kəs daimi bir siyasi həll üçün çalışmalıdır. Ermənistan və Azərbaycan müzakirələrə davam etməlidir”, – deyə Y.Stoltenberq bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın