Azərbaycan Respublikasının Müdafiə Nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının, o cümlədən Hərbi Dəniz Qüvvələrinin hərbi hissə və birləşmələrində bölmələrin döyüşə hazırolma durumu qəfil yoxlanılıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, yoxlamalar zamanı “Həyəcan” siqnalı ilə qaldırılaraq təyinat rayonuna çıxarılan tank bölmələrinin tapşırıqları dəqiqləşdirilib. Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları və hərbi gəmilərin heyətləri tərəfindən Xəzər dənizinin Azərbaycana məxsus sektorunda əməliyyat şəraiti, eləcə də strateji təyinatlı infrastrukturların qorunması üzrə döyüş tapşırıqları barədə məruzələr dinlənilib.

Yoxlamaların keçirilməsində başlıca məqsəd qoşun növü bölmələrinin qarşılıqlı əlaqədə döyüşə hazırolma durumuna gətirilmə vərdişlərinin, eləcə də komandir heyətinin yaranmış şəraitə uyğun durumu dəyərləndirmə və çevik qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsidir.

Hərbi hissələrin döyüşə hazırolma vəziyyəti yoxlanılıb

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın