Ukrayna Ordusu Qara dənizdə Rusiyanın böyük desant gəmisi “Sezar Kunikov”a zərbə endirib.

YALAN.info bildirir ki, gəmi Krımın cənub sahilində yerləşən Katsiveli kəndi yaxınlığında pilotsuz üzən “Magura V5” gəmilərinin hücuma məruz qalıb.

Ukrayna mənbələri onun batdığını iddia edirlər. Moskva hələlik hücumu şərh etməyib. Gəminin heyətinin sağ olduğu bildirilir.

Onu da bildirək ki, “Sezar Kunikov” Rusiyanın ən böyük desant gəmisidir. O, 1986-cı ildə Qdanskdakı gəmiqayırma zavodunda 775-ci layihəyə uyğun olaraq tikilib. O, on vahid texnika və 300-dən çox hərbçi daşıya bilir.

Ukrainian military video said to show a naval drone attack on a Russian landing ship

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın