Moldova Respublikasının Prezidenti Maya Sandu Yaponiyanın NHK telekanalına müsahibəsində ölkəsinin Şimali Atlantika Alyansına (NATO) qoşulmaq istədiyindən danışıb.
YALAN.info bildirir ki, dövlət başçısının sözlərinə görə, Moldovanın NATO-ya daxil olması ilə bağlı bütün söhbətlər Dnestryanı bölgəsində Rusiya qoşunlarının mövcudluğunu xeyli çətinləşdirir.
Noyabrda ölkədə keçirilən ictimai rəy sorğusunun nəticələrinə görə, vətəndaşların 54,5 %-i hərbi bloka qoşulmağa səs verib. Eyni zamanda, respondentlərin 23,1 %-i Moldovanın NATO-ya qoşulub-qoşulmaması ilə bağlı hələ qərar verməyib.
Onu da bildirək ki, ölkənin Konstitusiyasında neytrallıq haqqında müddəa, eləcə də başqa ölkələrin ordularının yerləşdirilməsinə qadağa qoyulub.