“NATO-nun (Şimali Atlantika Alyansı) missiyası Rusiyanı və ya başqa bir ölkəni təhdid etmək deyil, üzv dövlətləri qorumaqdır”.

YALAN.info bildirir ki, Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli (James Cleverly) qeyd edib ki, Vladimir Putin guya NATO ölkələrinin Rusiyanı təhdid etdiyinə dair görüntü yaratmağa çalışır.

“NATO açıq şəkildə bildirir ki, biz müdafiə birliyiyik. NATO heç vaxt Rusiyanı təhdid etməyib və indi də etmir”, – o, bəyan edib. Kleverli vurğulayıb ki, NATO-ya daxil olan ölkələr bunu könüllü edirlər və bunda heç bir məcburiyyət yoxdur.

Yada salaq ki, bir müddət öncə NATO-nun baş katibi Yens Stoltenberq bildirmişdi ki, Ukraynadakı müharibə Rusiya ilə NATO arasında müharibəyə çevrilə bilər. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya təcavüzü bütün beynəlxalq nizamı təhlükə altına qoyur. Deməli, bütün dünya Rusiyanın məğlubiyyətində maraqlıdır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın