Moldova Respublikasının Prezidenti Maya Sandu Yaponiyanın NHK telekanalına müsahibəsində ölkəsinin Şimali Atlantika Alyansına (NATO) qoşulmaq istədiyindən danışıb.

YALAN.info bildirir ki, dövlət başçısının sözlərinə görə, Moldovanın NATO-ya daxil olması ilə bağlı bütün söhbətlər Dnestryanı bölgəsində Rusiya qoşunlarının mövcudluğunu xeyli çətinləşdirir.

Noyabrda ölkədə keçirilən ictimai rəy sorğusunun nəticələrinə görə, vətəndaşların 54,5 %-i hərbi bloka qoşulmağa səs verib. Eyni zamanda, respondentlərin 23,1 %-i Moldovanın NATO-ya qoşulub-qoşulmaması ilə bağlı hələ qərar verməyib.

Onu da bildirək ki, ölkənin Konstitusiyasında neytrallıq haqqında müddəa, eləcə də başqa ölkələrin ordularının yerləşdirilməsinə qadağa qoyulub.

Öncəki xəbərRonaldo dünya və Avropa çempionatlarındakı oyun sayında rekorda imza atdı
Sonrakı xəbərMessi dünya çempionatlarında qarşılaşmanın ən yaxşı oyunçusu adını qazanmaqda rekord qırdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın