Argentina millisinin və Fransanın PSJ komandasının futbolçusu Lionel Messi dünya çempionatlarında yeni rekord müəyyənləşdirib.

YALAN.info bildirir ki, 35 yaşlı hücumçu buna Qətərdə keçirilən mundialda Avstraliya yığmasını 2:1 hesabı ilə məğlub etdikləri 1/8 final qarşılaşmanın ən yaxşı oyunçusu seçilməklə nail olub.

Turnirin tarixi ərzində heç bir futbolçu sözügedən mükafata Messi qədər layiq görülməyib. 8 dəfə dünya çempionatları qarşılaşmalalarında ən yaxşı oyunçu seçilən Argentinanın kapitanı aktivində 7 uyğun mükafatı olan Portuqaliyanın ulduz futbolçusu Kriştiano Ronaldonu geridə qoyub.

Təcrübəli forvard Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsinin Avstraliya yığması ilə qarşılaşmada ilk qolun müəllifi olub. Onu da bildirək ki, “yaşıl qitə” təmsilçisi ilə qarşılaşma Argentina millisinin kapitanı Lionel Messi üçün karyerasında mininci oyunu olub. İndiki dünya çempionatında onun aktivində 3 qol və 1 məhsuldar ötürmə var.

Argentina 2:1 Avstraliya | İcmal | FIFA WORLD CUP QATAR 2022 | 1/8

İndi futbolçunun aktivində 789 qol və 338 məhsuldar ötürmə var. 35 yaşlı futbolçu karyersının böyük hissəsini “Barselona”da keçirib. 2021-ci ilin avqustunda hücumçu PSJ-yə keçib. Mətbuatın yazdığına görə, Qətərdə keçirilən dünya çempionatının sonunda Messi gələcək karyerası ilə bağlı qərar verəcək.

Qeyd edək ki, Argentina millisi 1/4 finalda Niderlandla qarşılaşacaq. “Narıncılar” 1/8 finalda ABŞ seçməsini mübarizədən uzaqlaşdırıb – 3:1.

Netherlands 3:1 USA | Highlights | FIFA WORLD CUP QATAR 2022 | 1/8 final

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın