“NATO-ya Finlandiya ilə birlikdə girmək bizim üçün çox önəmli idi”.

YALAN.info bildirir ki, bu sözləri İsveç xarici işlər naziri Tobias Billström “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.

“İyunun 1-də qüvvəyə minəcək qanunun son hissəsi istisna olmaqla biz Türkiyə ilə imzalanmış memorandumda qeyd olunan bütün öhdəlikləri yerinə yetirdik. Bu səbəbdən də Macarıstan parlamentarilərinin üzvlüyümüzü təsdiqləməsini gözləyirik”, – deyə o bildirib.

Billström vurğulayıb ki, lazım gələrsə, alyansın şərq cinahını gücləndirmək üçün Baltikyanı ölkələrə qoşun göndərməyə hazırdırlar.

Çavuşoğlu İsveçin NATO-ya üzvlük şərtini açıqladı

Stokholmun NATO-ya üzvlük ərizəsinin Ankara tərəfindən təsdiqləməsi üçün İsveçin Türkiyə ilə terrorla mübarizədə əməkdaşlığı şərtdir. Bunu çərşənbə axşamı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Brüsseldə Şimali Atlantika Alyansı ölkələrinin xarici işlər nazirlərinin toplantısı çərçivəsində isveçli həmkarı Tobias Bilström ilə görüşündən sonra bildirib.

“İsveçli həmkarım Billström ilə görüşdə ona NATO-ya qoşulmaq üçün atılması gərək olan addımları yada saldıq. Terrorizmlə mübarizədə nəticəyönümlü əməkdaşlıq şərtdir”, – türkiyəli nazir “Twitter”də yazıb.

Onu da bildirək ki, İsveç və Finlandiya 2022-ci ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət etsələr də, Türkiyə özəlliklə İsveçdən kürd təşkilatlarını terrorçu elan etməsini, eləcə də terrorizmdə və ya 2016-cı il dövlət çevrilişinə cəhddə iştirakda günahlandırılanların ekstradisiyasını tələb edərək, üzvlük prosesini əngəlləyib. Sonradan Stokholm ölkədəki terrorçuları Ankaraya təhvil verəcəyini söz verərək uyğun memorandumu imzalasa da, bu öhdəlik hələ də yerinə yetirilməyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın