Dünya Güləş Birliyi (United World Wrestling) ilin ən yaxşı qadın güləşçilərinin reytinqini açıqlayıb. İlk üçlüyə Azərbaycan millisinin üzvü Mariya Stadnik (50 kq) də daxil olub. Güləşçimiz 60 xal toplayaraq 3000 dollar məbləğində mükafata sahib olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı məlumat Dünya Güləş Birliyinin saytında (UWW.org) yayımlanıb.

Qeyd edək ki, güləşçilərin xalları onların Olimpiada, Dünya və Avropa çempionatlarında, eləcə də reytinq turnirlərində çıxışı hesabına formalaşır.

Mükafata gəlincə, bu il 600 000 ABŞ dolları təşkil edən ümumi mükafat fondu on çəki kateqoriyasında ilk üç yeri tutanlar arasında bölünüb. Birincilər 10 000, ikincilər 7 000, üçüncülərsə 3 000 dollar qazanıb.

MƏNBƏDünya Güləş Birliyi
Öncəki xəbərMaqnus Karlsen Yan Nepomnyaşiyi rekord sayda gedişdən sonra məğlub etdi
Sonrakı xəbərGündə bir kivi yemək ürək-damar və onkoloji xəstəliklərə qarşı faydalıdır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın