“Bir uşaq gəlib bir təyyarəyə toxunsun”, – deyərək çıxdığımız bu yolda, Bakıda bacı-qardaşlarımızla əfsanəvi bir festival təşkil etdik. “TEKNOFEST Azərbaycan” bir daha bizə bir araya gəlsək nələr edə biləcəyimizi göstərdi”.

YALAN.info bildirir ki, bunu Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayrakdar TB2” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktar “TEKNOFEST Azərbaycan” festivalının bağlanış mərasimi ilə bağlı Twitter hesabında yazıb.

O, paylaşımına “Bir millət, iki dövlət”, “tək festival” həştəqlərini də əlavə edib.

“Bir tərəfdən çox həyəcanlıyıq, digər tərəfdən də kədərlənirik. Bu gün TEKNOFEST-in son günüdür. Bu qədər böyük maraq gözləmirdik. Burada, türk təyyarələrinin gələcəyinin yazıldığı Bakıda olmaq və arzularının gerçəkləşməsi, gələcəyimiz üçün bizi çox sevindirir. Kaş davam edə biləydik. Bu, heç vaxt unuda bilməyəcəyimiz bir təcrübə idi. İlk dəfə xaricdə TEKNOFEST təşkil etdik və bu, Can Azərbaycanda oldu. Bu mənada çox xoşbəxtik”, – Bayraktar vurğulayıb.

O, qeyd edib ki, “Akıncı” nümayişinə cəmiyyətdə böyük maraq görüb: “Bu, bizə böyük ümid verir. Bu, böyük potensialın olduğunu göstərir. Özəlliklə də bu qardaşlığı gücləndirsək, daha böyük işlər görəcəyik. Dünya türklərin nələr edə biləcəyini Qarabağ müharibəsində gördü”. Bayraktar Şuşaya səfər etdiyini və çox təsirləndiyini bildirib: “Bundan sonra belə iztirablar olmayacaq. Biz nəsillərimizi bu şüurla yetişdirməliyik ki, bir daha belə iztirablar yaşanmasın”.

Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraqdar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktar “TEKNOFEST Azərbaycan” festivalının bağlanış mərasimində çıxış edib: “İnanıram ki, “TEKNOFEST”dən sonra Azərbaycan xalqının texnologiyaya marağı daha da artacaq”. S.Bayraktar əlavə edib ki, bu gün bayram bayrama qarışıb:

“Dünən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104 ilini qeyd etdik. Bu gün isə İstanbulun fəthinin 569-cu ilini qeyd edirik. “Bir millət, iki dövlət və tək festival” şüarı ilə yola çıxdıq və bizə dəstəyinizə görə sizə çox təşəkkür edirəm. Sizi Samsunda keçiriləcək növbəti TEKNOFEST festivalında gözləyirəm”.

1 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın