“Türkiyə Şimali Atlantika Alyansının (NATO) təhlükəsizliyinin başlıca təminatçısıdır”.

YALAN.info bildirir ki, bu sözləri Türkiyə Cümhuriyyətinin Milli Müdafiə Naziri Hulusi Akar deyib.

“Biz Alyansa problem yaratmırıq. NATO-nun açıq qapı siyasətinin əleyhinə deyilik. Ancaq biz Alyansın genişlənməsinin üzv ölkələrin təhlükəsizliyinin nəzərə alınaraq baş verməsini istəyirik. NATO təhlükəsizlik təşkilatıdır. Başlıca vəzifələrindən biri terrorla mübarizədir. Terrorla mübarizə aparılmasa, əksinə, onlara dəstək verilsə, İsveçlə Finlandiya bunu necə izah edəcək? Madriddə əldə olunan razılıq yaxşı başlanğıcdır, ancaq son deyil. Biz mövqeyimizi dəyişməmişik. FETÖ, PKK və başqa terror təşkilatlarına qarşı mübarizə aparılarsa, biz həmin ölkələrin üzvlüyünə etiraz etmərik. Əks halda razılaşmanı təsdiqləməyəcəyik”, – o bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın