Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan baş nazir Nikol Paşinyan və müxalifətin hökumət başçısı vəzifəsinə vahid namizədi Vazgen Manukyanı ölkəni vətəndaş müharibəsi həddinə çatdırmamağa çağırıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı “Sputnik Armeniya”ya istinadən bildirir ki, bunu Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresi Partiyasının mətbuat katibi Arman Musinyan Facebook səhifəsində yazıb.

Keçmiş dövlət başçısı bildirib ki, N.Paşinyan və V.Manukyanın qarşıdurması erməni dövlətçiliyinin sonu olar. L.Ter-Petrosyan hesab edir ki, baş nazirlə müxalifətin hökumət başçısı vəzifəsinə namizədi arasındakı mübarizə ölkədə vətəndaş müharibəsinə gətirib çıxara bilər: “Təxribat nəticəsində baş verəcək bu halın qarşısını tərəflər istəsə belə, ala bilməyəcək”.

Qeyd edək ki, 17 siyasi təşkilat Nikol Paşinyanın istefasını tələb edir. Müxalifət baş nazir postuna Vazgen Manukyanı vahid namizəd göstərib.

V.Manukyan 1946-cı il fevralın 13-də anadan olub. Ermənistanın ilk baş naziri, 1992-1993-cü illərdə isə ölkənin müdafiə naziri, 1988-ci ilin fevralında ermənilərin yaratdığı “Qarabağ” Komitəsinin həmtəsisçisi və əlaqələndiricisi, həmin ilin iyunundan isə “Qarabağ” Komitəsinin əlaqələndiricisi olub.

Öncəki xəbərMilli Məclisin deputatı Aqil Abbas: Ağdamda Əbülfəz Elçibəy kimi oynadım
Sonrakı xəbərFransada saxlanılanlar var: avtomobillər yandırılıb, mağazalar talan edilib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın